Sizin Reklam Burada
Xəbər lenti
05-09-2026
04-09-2026
BÜTÜN XƏBƏRLƏR

Bu icra başçısı DTX generalıdır - Maraqlı faktlar

Tarix: 05-09-2026 21:02     Baxış: 323 A- / A+

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun fəaliyyəti yalnız rəsmi qəbullar və tədbirlərlə məhdudlaşmır. Rayon rəhbərinin müxtəlif yaş və sosial qruplardan olan insanlarla görüşləri, kəndlərə səfərləri və sakinlərlə birbaşa ünsiyyəti diqqət çəkir. Bəzən bu görüşlər rəsmi kabinetlərdə deyil, çayxanalarda və kənd sakinlərinin arasında keçirilir. Onun vətəndaşlarla nərd oynaması, yaşlılarla söhbət etməsi, uşaqlar, qazilər və şəhid ailələri ilə görüşləri fəaliyyətinin fərqli tərəflərini göstərir.

Araz Əhmədov haqqında diqqət çəkən məqamlardan biri onun general-mayor rütbəsi daşımasıdır. O, 1963-cü ildə Naxçıvanın Ordubad rayonunun Biləv kəndində anadan olub. Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu, indiki Bakı Slavyan Universitetini bitirib.

2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin general-mayoru ali hərbi rütbəsinə layiq görülüb. Araz Əhmədov, həmçinin Qarabağ müharibəsi veteranıdır. 

O, 2022-ci il iyulun 25-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Rayon rəhbərinin fəaliyyətində sakinlərlə birbaşa ünsiyyət xüsusi yer tutur. O, müxtəlif kəndlərdə keçirilən görüşlər zamanı vətəndaşların problemlərini dinləyir, müraciətləri ilə maraqlanır. Görüşlərdə sosial məsələlərlə yanaşı, kəndlərin gündəlik həyatı, sakinlərin qayğıları və təklifləri də müzakirə olunur.

Araz Əhmədovun görüş dairəsi də kifayət qədər genişdir. O, uşaqlarla görüşlərdən tutmuş yaşlı sakinlərlə söhbətlərə, qazilər və hərbçilərlə görüşlərdən şəhid ailələrinin ziyarətinə qədər müxtəlif tədbirlərdə iştirak edir.

İcra başçısının ötən gün balaca Kərimlə görüşü də diqqət çəkib. Masallının Ninəlov kəndinin azyaşlı sakini rayon rəhbəri ilə görüşmək arzusunda olduğunu bildirib. Bu arzu gerçəkləşib və Araz Əhmədov balaca Kərimlə görüşüb.

Masallı Rayon İcra Hakimiyyətinin başçısının sakinlərlə bu cür birbaşa ünsiyyəti onun fəaliyyətində diqqət çəkən məqamlardan biri kimi qiymətləndirilir. metbuat.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar