Xəbər lenti
Azərbaycandan İrana bir maşın pivə və araq daşıyan TUTULDU: toya aparırmış...
Ölkəni tərk edən boş avtomobil yük maşınları üçün ayrılmış zolağa daxil olub. Burada gömrük əməkdaşı sürücüdən avtomobildə bəyan edilməyən əşya olub-olmadığını soruşub. 43 yaşlı İran vətəndaşı olan sürücü cavabında, ayrı-ayrı markalarda 6 ədəd 4.8 litr araq olduğunu bəyan edib və başqa heç nə olmadığını bildirib.
Lakin gömrük əməkdaşlarının davam etdirdiyi yoxlama zamanı İran vətəndaşının “DONG FENG” markalı yük maşınında külli miqdarda alkoqollu içkilər olduğu üzə çıxıb. Müəyyən olunub ki, iranlı sürücü həmin spirtli içkiləri avtomobilin qoşqu hissəsinin altındakı əlavə təkərin içində gizlədib.
Onun Azərbaycandan İrana gizli şəkildə aparmaq istədiyi içkilər ümumilikdə 230 ədəd 0.45 litrlik pivə, 10 ədəd 0,5 litrlik konyak, 2 ədəd 0,5 litrlik və 7 ədəd 1 litrlik araqlar olub.
Faktla bağlı iranlı sürücü saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub.
Sürücü ifadəsində bildirib ki, Bakıya torpaq gətirib. Qayıdanda dostunun bibisi oğlunun toyuna görə Qobustan və Cəlilabaddan ümumilikdə 700 manatlıq spirtli içkilər alıb. O, əməlindən peşman olmasını, həmçinin himayəsində azyaşlı uşağının və xəstə anasını olduğunu bildirərək, məhkəmədən yüngül cəza istəyib.
Məhkəmənin qərarı ilə onun İrana aparmaq istədiyi 230 ədəd 0.45 litrlik pivə, 10 ədəd 0,5 litrlik konyak, 2 ədəd 0,5 litrlik və 7 ədəd 1 litrlik araq müsadirə olunub. lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































