Sizin Reklam Burada
Xəbər lenti
13-10-2026
BÜTÜN XƏBƏRLƏR

Qızı qaçırdı, günlərlə avtomobildə yaşadılar - Həbs edilən var

Tarix: 03-09-2026 19:09     Baxış: 487 A- / A+


Bakının Sabunçu rayonunda maraqlı hadisə baş verib.
Manevr.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Maştağa qəsəbəsinin Tavaylıq adlanan hissəsində "Khazar" markalı minik avtomobili bir neçə digər maşını əzib.
Hadisəni törədən 23 yaşlı Rüstəm Həbibov (ad-soyad şərtidir) polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, Rüstəm qəzadan bir neçə gün əvvəl qəsəbədə tanış olduğu qızı qaçırıb. Onlar həmin müddətdə Rüstəmin istifadəsində olan "Khazar" markalı avtomobillə hərəkət ediblər və həmin nəqliyyat vasitəsində gecələyiblər.
Qızın anası polisə müraciət edərək övladının tapılması üçün kömək istəyib. Həmçinin qızın anasının rəfiqəsi də onların axtarışına qoşulub və barışığa çalışıb. Həmin qadın Rüstəmi və qızı yaşadıqları əraziyə dəvət edərək görüşüb məsələni yoluna qoyacağını deyib. Rüstəm avtomobillə görüş yerinə gələrkən orada polis maşınını görüb və avtomobilini sürətlə idarə edərək uzaqlaşmağa çalışıb. Qəza da həmin vaxt olub.
Barəsində inzibati protokol tərtib edilən R.Həbibov Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq inzibati həbs edilib.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar