Süni intellekt şirkəti Anthropic pərakəndə satış şirkətlərinə mağazalarda istifadə edə biləcəkləri AI agentləri hazırlamaq üçün xüsusi təlimatlar təqdim edib.
Manevr.az xəbər verir ki, şirkətin “Claude” platforması əsasında hazırlanacaq bu agentlər müştərilərə məhsul tapmaqda kömək edə, onların suallarını cavablandıra və alış-veriş prosesini asanlaşdıra biləcək.
Sistemlər yalnız müştərilərlə ünsiyyət üçün deyil, satıcıların və digər mağaza əməkdaşlarının gündəlik işlərini avtomatlaşdırmaq üçün də nəzərdə tutulub. Anthropic bu texnologiyanı xüsusilə qarşıdan gələn bayram alış-veriş mövsümü öncəsi pərakəndə şirkətlər üçün təqdim edib.
Məlumata görə, süni intellektdən mağazalarda istifadəyə maraq sürətlə artır. AI vasitəsilə mağazalara yönləndirilən müştərilərin alış-verişə çevrilmə göstəricisinin digər mənbələrdən gələn müştərilərlə müqayisədə daha yüksək olduğu bildirilir.
Yeni texnologiyanın geniş yayılması gələcəkdə satıcıların, müştəri xidmətləri əməkdaşlarının və digər mağaza işçilərinin fəaliyyətinin əhəmiyyətli hissəsinin AI tərəfindən həyata keçirilməsi ehtimalını artırır.
Xəbər lenti
Süni intellekt mağazalarda satıcıları əvəz edəcək
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























