Xəbər lenti
Əməkdar jurnalist şöbə rəisi olmaq üçün 185 min manat verib – Aldadılıb
“İdman Azərbaycan” və MTV kanalının rəhbəri olmuş əməkdar jurnalist Elsevər Dünyamalıyev dövlət xidmətində vəzifəyə keçmək istəyərkən işə düşüb.Prezidentin Mühafizə İdarəsində İnformasiya xidmətinə şöbə rəisi təyin olunması üçün danışıq apardığı zabit onu aldadıb.
Dünyamalıyevi aldadan isə Хüsusi Dövlət Mühafizə Хidmətində (XDMX) işləmiş Bəşir Bəşirov olub. O, əvvəldən tanıdığı Bəşirovdan təyinatına kömək etməsini istəyib. Bəşir isə bu məsələnin həll edilməsi üçün 185 min manat pul lazım olduğunu deyib. Dünyamalıyev həmin pulu qısa müddətdə ona verib.
Lakin Əməkdar jurnalist nə qədər gözləsə də, heç bir cavab gəlməyib. O, sonradan aldanıldığını bilərək hüquq-mühafizə orqanlarına şikayət edib.
Araşdırma nəticəsində Bəşir Bəşirovun başqa bir neçə nəfərin də pulunu dələduzluqla ələ keçirdiyi üzə çıxıb. Onların da şikayətləri əsasında Bəşirov həbs edilib.
Təqsirləndirilən mayor həbs edildikdən sonra zərərçəkmişlərdən, o cümlədən Elsevər Dünyamalıyevdən aldığı 185 min manatı geri qaytarıb. Tərəflərlə barışıq əldə edildiyi üçün B.Bəşirova cəmi 1 il 1 ay həbs cəzası verilib.
Qeyd edək ki, Elsevər Dünyamalıyev Arif Alışanovun dövründə uzun illər AzTV-də işləyib. O, sədrin müavini və “İdman Azərbaycan” kanalının ilk rəhbəri olub. Alışanovdan sonra kanaldan uzaqlaşdırılan Dünyamalıyev 2024-cü ildə MTV-nin rəhbəri təyin edilib, bir müddət əvvəl həmin vəzifədən də azad edilib. banker.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































