Xəbər lenti
Bakıda bağçaya gedən azyaşlının qanında psixotrop maddə aşkarlandı
Bakıda dövlət bağçasına gedən azyaşlının qanında psixotrop maddə aşkarlanması ilə bağlı iddia yayılıb.Onun sözlərinə görə, ailə azyaşlını təxminən bir həftə əvvəl Yasamal rayonunda yerləşən 98 saylı dövlət bağçasına göndərməyə başlayıb. Bundan sonra uşaqda qeyri-adi davranışlar müşahidə olunub.
Valideynlər uşağı tibbi müayinədən keçiriblər. Analizlərin nəticəsində azyaşlının qanında psixotrop maddənin aşkarlandığı bildirilib.
Məlumata görə, valideyn bağçada uşaqları sakitləşdirmək məqsədilə onlara psixotrop tərkibli dərman verildiyindən şübhələnir.
Qeyd olunan iddialar hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, idfia ilə bağlı araşdırma aparılır. (musavat.com)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































