Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

AMB vəzifəli şəxsləri cərimələdi

Tarix: 31-08-2026 12:14     Baxış: 3112 A- / A+


Azərbaycan Mərkəzi Bankı (AMB) "Embafinans" QSC və "Caspian İnvest" MMC bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxslərini cərimələyib.
Manevr.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, kredit təşkilatlarında aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu üzə çıxıb.
Odur ki, İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.6-cı maddələrinə əsasən "Embafinans" və onun vəzifəli şəxsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə müvafiq olaraq 20 min manat və 4 min manat, İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən "Caspian İnvest"in vəzifəli şəxsi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 2 min manat cərimə edilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar