Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

Loqoped uşağı döydüyü görüntüləri montaj etməyi unudub valideynə göndərdi

Tarix: 30-08-2026 21:24     Baxış: 392 A- / A+
Loqoped uşağı döydüyü görüntüləri montaj etməyi unudub valideynə göndərdi –  VİDEO

Nitq qüsuru olan uşağa məşğələ zamanı fiziki şiddət göstərildiyi iddia olunur.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntüdə təlimçinin uşağa danışmağı öyrədərkən onun baş nahiyəsinə bir neçə dəfə zərbə endirdiyi görünür.

Məlumata görə, Ceyran adlı təlimçi uşağın nitqində əldə olunan nəticəni valideyninə göstərmək məqsədilə məşğələ prosesini telefonla lentə alıb. Lakin o, uşağa şiddət göstərdiyi hissəni videodan çıxarmağı unudub və görüntüləri olduğu kimi valideynə göndərib.

Hadisənin Şirvan şəhərində fəaliyyət göstərən mərkəzlərdən birində baş verdiyi bildirilir.

Qeyd edək ki, Ceyran adlı təlimçinin əvvəllər “Qüsursuz Nitq və Psixologiya Mərkəzi”ndə çalışdığı bildirilir. Mərkəzin rəhbəri Esmira Qafarova açıqlamasında həmin şəxsin təxminən il yarım əvvəl işdən ayrıldığını və hazırda mərkəzlə heç bir əlaqəsinin olmadığını bildirib.

Faktla bağlı məlumat və görüntülər polisə təqdim olunub. Araşdırma aparılır. bakupost.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar