Sizin Reklam Burada
Xəbər lenti
29-08-2026
28-08-2026
BÜTÜN XƏBƏRLƏR

Döyüşdə ayaqlarından yaralandı, indi əlillik ala bilmir

Tarix: 30-08-2026 09:03     Baxış: 333 A- / A+
Döyüşdə ayaqlarından yaralandı, indi əlillik ala bilmir - VİDEO

İkinci Qarabağ müharibəsi iştirakçısı Asim Bağırov əlilliyin yenidən qiymətləndirilməsi prosesində problemlə qarşılaşdığını bildirir. A.Bağırov 2020-ci il oktyabrın 2-də torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə ayaqlarından qəlpə yarası alıb. 2021-ci il sentyabrın 27-də isə ona 5 il müddətinə əlillik statusu verilib.

O, bütün lazım olan sənədləri toplasa da, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında keçirilən Komissiyadan imtina cavabı alıb:

"Mən bütün sənədlərimi topladım, müayinələrdən keçdim. Bu qədər diaqnoza baxmayaraq, Mingəçevir Xəstəxanasındakı Komissiya mənə imtina aktı tərtib etdi. Bu qərar qanunsuzdur. Məsələ ilə bağlı direktorun qəbulunda oldum və nə üçün imtina edildiyini soruşdum. O isə cavabında "kimə istəyirsənsə, şikayət et" dedi".

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) qeyd olunub ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Həkim Məsləhət Komissiyası tərəfindən aparılan ətraflı və kollegial qiymətləndirmə nəticəsində mövcud tibbi göstəricilərin əlilliyin qiymətləndirilməsi meyarlarına uyğun olmadığı müəyyən edilib:

"Əlillik dərəcəsinin müəyyən edilməsi üçün kifayət qədər tibbi əsaslar formalaşmadığından Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq vətəndaşa tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməyib".

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar