Sizin Reklam Burada
Xəbər lenti
28-08-2026
27-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

Tarix: 29-08-2026 11:23     Baxış: 338 A- / A+


Azərbaycana daha çox turist cəlb etmək və hava nəqliyyatında əlçatanlığı artırmaq məqsədilə ölkəyə aşağıbüdcəli aviaşirkətlərin gətirilməsi planlaşdırılır. Bu məsələ Prezidentin təsdiqlədiyi 2026-2030-cu illər üçün Turizmin İnkişafı üzrə Dövlət Proqramında da əksini tapıb. Eyni zamanda, Dövlət Turizm Agentliyinin son açıqlamasında da məsələyə diqqət çəkilib.
Azərbaycanda aviabiletlərin qiymətləri nə vaxt ucuzlaşa bilər? Aşağıbüdcəli aviaşirkətlər Azərbaycanda nə zamandan fəaliyyətə başlayacaq? Türkiyə, Rusiya, Dubay, Çexiya kimi ən çox uçuş həyata keçirilən istiqamətlər üzrə biletlərin qiymətləri təxminən nə qədər olacaq?
Manevr.az xəbər verir ki, turizm eksperti Əziz Şiriyev globalinfo.az-a açıqlamasında hazırda Prezidentin imzaladığı Dövlət Proqramı çərçivəsində digər aşağıbüdcəli aviaşirkətlərin ölkəmizə cəlb edilməsinin əsas prioritetlərdən biri olduğunu deyib.
“Quru sərhədlərinin bağlı olması və aviaşirkətlərdə qiymətlərin nisbətən yüksək olması Azərbaycana gələn turistlərin, əsasən yüksək gəlirli kateqoriyadan formalaşmasına səbəb olur. Halbuki dünyada aşağı, orta və yüksək büdcəli turistlər də daxil olmaqla müxtəlif kateqoriyalar mövcuddur. Azərbaycana turist axınını kütləviləşdirmək üçün, xüsusilə quru sərhədlərinin bağlı olduğu indiki şəraitdə, hava nəqliyyatı imkanları genişləndirilməli və daha münasib qiymətə uçuşların sayı artırılmalıdır”.
Ekspert bildirib ki, oktyabrın 10-dan etibarən Slovakiyadan Azərbaycana “Wizz Air” aviaşirkəti ilə birbaşa uçuşların başlayacağı gözlənilir:
“Wizz Air” Macarıstana məxsus aşağıbüdcəli aviaşirkətdir. Slovakiyanın əhalisi təxminən 5 milyon nəfər olsa da, ölkənin Avropanın mərkəzində yerləşməsi bu marşrut vasitəsilə digər Avropa ölkələrindən də turistlərin Azərbaycana cəlb olunmasına imkan yaradır. Eyni zamanda, Azərbaycan vətəndaşlarının Avropaya daha münasib qiymətlərlə səfər etməsi mümkün olacaq. Biletlərin gediş-dönüş üçün təxminən 100-150 dollar civarında olması daha geniş turist kütləsinin səyahət imkanlarını artıracaq. Gələcəkdə digər ölkələrlə də bu cür aviareyslərin təşkilinin genişləndirilməsi gözlənilir. Aşağıbüdcəli aviaşirkətlərin sayının artması, şübhəsiz ki, Azərbaycana gələn turistlərin sayına müsbət təsir göstərəcək. Yaxın gələcəkdə quru sərhədlərinin, xüsusilə Gürcüstan istiqamətində keçidlərin bərpası, həmçinin Naxçıvan-Sədərək istiqamətində Zəngəzur dəhlizinin açılması baş verərsə, ölkəyə turist axınını daha da artırmaq üçün əlavə imkanlar yaranacaq. Eyni zamanda, bu prosesdən sonra aviabiletlərin qiymətlərinin ucuzlaşması da mümkündür”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar