Sizin Reklam Burada
Xəbər lenti
28-08-2026
27-08-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda övladlığa götürmə qaydaları - Kimlər müraciət edə bilər? 28 Avqust 2026 15:46

Tarix: 28-08-2026 15:54     Baxış: 331 A- / A+



Azərbaycanda uşağı övladlığa götürmək istəyən şəxslər bir sıra tələblərə cavab verməlidirlər.
Manevr.az xəbər verir ki, qanunvericiliyə əsasən, övladlığa götürmə prosesi bir neçə mərhələdən ibarətdir. İlk olaraq uşağı övladlığa götürmək istəyən şəxs və ya şəxslər uçota alınır, daha sonra övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu müəyyən edilir və sonda məsələ ilə bağlı məhkəmə qərarı qəbul olunur. 
Bundan başqa, övladlığa götürmək istəyən şəxslər üçün yaş tələbləri də müəyyənləşdirilib. Nikahda olan şəxslərdən biri üçün aşağı yaş həddi 25, nikahda olmayan şəxslər üçün isə 30 yaşdır. Ögey ata, ögey ana və müəyyən qohumluq halları istisna olmaqla, nikahda olmayan şəxslə övladlığa götürülən uşaq arasında yaş fərqi 18 ildən az olmamalıdır. 
Beləliklə, uşağı övladlığa götürmək istəyən şəxsin yalnız müraciət etməsi kifayət etmir. Namizədin qanunla müəyyən edilmiş tələblərə uyğunluğu, eləcə də övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu qiymətləndirilir. 
Bu tələblər Ailə Məcəlləsinin 118-ci maddəsində əksini tapıb.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar