Sizin Reklam Burada
Xəbər lenti
27-08-2026
26-08-2026
BÜTÜN XƏBƏRLƏR

İsrail-İran müharibəsindən qaçan əfqanlar Azərbaycanda tutuldu

Tarix: 27-08-2026 15:31     Baxış: 329 A- / A+
İsrail-İran müharibəsindən qaçan əfqanlar  Azərbaycanda TUTULDUİrandan Azərbaycana qanunsuz yolla gələn Əfqanistan Respublikası vətəndaşları həbs olunub.
Manevr.az-ın məlumatına görə, 22, 23 və 21 yaşlı əfqanlar Astara rayonunda sərhəd keçid məntəqəsindən kənar ərazidən qanunsuz yolla Azərbaycana keçiblər.
Lakin onların hər biri Azərbaycan sərhədçiləri tərəfindən saxlanılaraq, istintaqa təhvil veriliblər. Faktla bağlı müvafiq maddə ilə cinayət işi açılıb.
Məlumata görə, təqsirləndirilən şəxslər aylar əvvəl Əfqanistanda Taliban hakimiyyətindən qaçaraq İranın Tehran şəhərinə gəliblər. Hətta onlardan 23 yaşlı təqsirləndirilən şəxsin atası Taliban üzvləri tərəfindən öldürülüb. Saxlanılan əfqanların ikisi qohum olub. Onlar Tehranda bir müddət işləyib yaşayıblar. İsrail-İran müharibəsi zamanı artıq orada yaşamağın təhlükəli olduğunu düşünərək, Almaniyaya getmək qərarına gəliblər. Bunun üçün Azərbaycana, buradan da bir neçə ölkəni keçərək Almaniyaya getməyi düşünüblər.
Bu fikirlə gənc əfqanlar İranın Azərbaycanla sərhəddəki Astara şəhərinə gəliblər. Gecəyarı isə “Google Maps” tətbiqi vasitəsilə Azərbaycan sərhədinə yaxınlaşıblar. Daha sonra Astara çayını keçərək, Azərbaycana gəliblər. Lakin az sonra sərhədçilərin ayıqlığı sayəsində əfqanlar saxlanılıb.
Onların hər biri ifadəsində əməllərindən peşman olduqlarını bildiriblər.
Məhkəmənin qərarı ilə onların hər biri 1 il 8 ay müddətinə azadlıqdan məhrum ediliblər. Qərara əsasən, həmin məhkumlar cəzalarını çəkib bitirəndən sonra Azərbaycandan məcburi qaydada çıxarılmalıdır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar