Sizin Reklam Burada
Xəbər lenti
25-08-2026
24-08-2026
BÜTÜN XƏBƏRLƏR

"Uşaq artıq ölürdü, amma həkim baxmadı” - Şəhid anası

Tarix: 25-08-2026 22:55     Baxış: 328 A- / A+
"Uşaq artıq ölürdü, amma həkim baxmadı” -  Şəhid anası - VİDEO

“Uşağın boğazında qəpik qalmışdı. Xəstəxanada dedilər ki, bunu ancaq Unikal Klinikada Araz Hüseynov çıxara bilər. Elə vəziyyət yaranıb ki, uşaq artıq gömgöy göyərib, ölür, ağzından köpük gəlirdi”.

Vətən müharibəsində şəhid olan Həmidov İzzətin anası Vəfa İsmayılova Sumqayıtda yerləşən Unikal Klinikada başına gələn hadisə barədə danışarkən deyib.

V. İsmayılovanın sözlərinə görə, uşağın xilas edilməsi üçün lazım olan aparat yalnız həmin klinikada olub. O iddia edib ki, ağır vəziyyətdə olan uşaqla bağlı əvvəlcədən həkimə zəng edərək məlumat versələr də, Araz Hüseynov ödəniş edilmədən klinikaya gəlməyəcəyini bildirib.

“Unikal Klinikaya çatmışıq, artıq yarım saatdır, Araz həkim yoxdur. Ona zəng etdik, dedi, pulu ödəyin, evdən çıxım. Resepşn da deyir ki, qeydiyyata almaq üçün mütləq pulu ödəməlisiniz. Dedim, axı bu dəqiqə üstümdə 500 manat yoxdur. Həkim dedi, mən cavabdeh deyiləm, heç gəlmirəm. 102-yə, xəstəxana müdirinə zəng etmişəm, hamı ona zəng edir, amma deyir, gəlmirəm. O aparat yalnız Araz həkimdədir. Deməli, sənin pulun yoxdursa, ölməlisən.

Bakıya getdik, əvvəl pul söhbəti etmədilər. Çıxardandan sonra dedilər ki, 1300 manat ödəməlisiz, 300 manat keçirik. Ona görə ki, uşağın atası dənizdə batıb, kasıb ailədir. Belə qaldım... Axı 1000 manatlıq əməliyyat etməmisiniz dedim. Bildirdilər ki, 500 manatlıq sistem etmişik, aparatlar açılıb”, - deyə V. İsmayılova qeyd edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar