Sizin Reklam Burada
Xəbər lenti
25-08-2026
24-08-2026
BÜTÜN XƏBƏRLƏR

Ağdərə sakininin iddialarına rəsmi cavab

Tarix: 25-08-2026 21:33     Baxış: 332 A- / A+

Ağdərə rayonunun Vəngli kənd sakini Fatimə Abbasova sosial şəbəkələrdə heç bir əsası olmayan video paylaşıb. O, işlə təmin edilmədiyini, maddi vəziyyətinin çətin olduğunu, Vəngli kəndindəki torpaqların məmurlar tərəfindən satıldlğını, ərazilərin dörd bir tərəfinin bağlanaraq, vətəndaşlar, yerli turistlər üçün girişin qadağan edildiyini deyir. Bununla da şikayətçi ictimaiyyəti çaşdıran səhv məlumatlar yayır.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Xüsusi nümayəndəlikdən bildirilib ki, Fatimə Abbasova və həyat yoldaşı işlə təmin olunub.

O, orta məktəbdə xadimə, həyat yoldaşı Yavər Abbasov isə həmin məktəbin qazanxanasında işləyir. Keçmiş məcburi köçkün olaraq iki mərtəbəli evlə, “Agdam çay evi” adlı obyektlə təmin olunub. Fakt olaraq həmin obyektin fotosunu da təqdim edirik. O ki qaldı sözügedən şəxsin ərazidəki torpaqların guya satıldığı və vətəndaş, turist üçün qapadıldığı barədə iddialarına, bu da yalan və böhtandan başqa bir şey deyil. Əvvəla, ərazi hər bir vətəndaş üçün açıqdır:

"Nümayəndəlik olaraq bildiririk ki, azad edilmiş həmin ərazilərə böyük investisiyalar cəlb olunur və investorlar turizmin inkişafı ilə bağlı xidmət məkanları yaradırlar. Bu da bölgədə turizmin inkişaf etdirilməsinə yol açır. Böyük sərmayələr yatıraraq, müasir obyektlər yaradan investorların fəaliyyət göstərdiyi bir mühitdə vətəndaşların icazəsiz, nizamsız şəkildə gecəqondu səviyyəsində yüngül konstruksiyalar quraşdırması həm ərazinin estetik görünüşünə, həm də formalaşan investisiya mühitinə mənfi təsir göstərə bilər. İnvestorlar kifayət qədər vəsait yatıraraq müasir, səliqəli obyektlər yaradırlar ki, bu da investisiya mühitinin və ərazilərin ümumi görünüşünün qorunmasıdır. Azad edilmiş ərazilər yalnız yaşayış və iqtisadi fəaliyyət məkanı deyil, həm də Azərbaycanın yeni inkişaf modelinin nümayiş olunduğu məkanlardır. Bu ərazilər isə ciddi investorlar üçün həmişə açıqdır. Bu baxımdan vətəndaşlardan, mövcud şəhərsalma qaydalarına riayət etmələri, ərazilərdə özbaşına konstruksiyalar quraşdırmamaq və ümumi görünüşün qorunmasına məsuliyyətlə yanaşmaq xahiş olunur. Azad edilmiş ərazilərin müasir, səliqəli və vahid şəhərsalma prinsipləri əsasında qurulması dövlət qurumları ilə yanaşı, burada yaşayan və fəaliyyət göstərən hər bir şəxsin də məsuliyyətidir. Ərazilərdə turizmin inkişaf etdirilməsi, turistlərin bura cəlb edilməsi də vacib məqamlardandır". unikal

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar