Sizin Reklam Burada
Xəbər lenti
15-09-2026
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Günəşdə güclü partlayışlar olub

Tarix: 25-08-2026 16:57     Baxış: 369 A- / A+
Günəşdə güclü partlayışlar olubGünəşdə aktivlik kəskin şəkildə artıb, görünən Günəş diskinin mərkəzindəki əsas aktiv mərkəz üç M səviyyəli partlayış yaradıb. Yerə təsir riskləri son aylarda ən yüksək həddədir.
Manevr.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası öz "Telegram" kanalında məlumat verib.
"Yerə doğru plazma atışları və bununla əlaqəli geomaqnit qasırğaları ilə bağlı birbaşa proqnozlar hələ ki, yoxdur (vəziyyət öyrənilir), lakin Yer kürəsi üçün risklər son aylarda ən yüksək həddə çatıb, çünki bu rakursdan onu nəzərdən qaçırmaq sadəcə olaraq mümkün deyil", - deyə məlumatda bildirilib.
Bakı vaxtı ilə təxminən gecə yarısından bəri Günəş aktivliyində sürətli artım müşahidə olunur. Görünən Günəş diskinin mərkəzində - Yerə birbaşa zərbələrin mümkün olacağı bölgədə Günəşdə 4513 nömrəli nəhəng mərkəz gözlənilmədən aktivləşib.
Müvafiq ləkələr qrupu Günəşdə təxminən bir həftədir müşahidə olunur, lakin son günlərdə məhdud aktivlik nümayiş etdirirdi. Mərkəz demək olar ki, öz enerjisini tükətmiş hesab edilirdi, lakin başlayan partlayışlar seriyası bu ehtimalı təkzib etdi.
Günün əvvəlindən bəri M səviyyəli 3 güclü partlayış qeydə alınıb ki, bu da beş ballıq şkala üzrə dördüncü kateqoriyadır. Onların gücü M1.7 ilə M1.9 arasında dəyişir. Bundan əvvəl bütün avqust ayında ancaq dörd belə hadisə baş verib, buna görə də onların sayı cəmi bir neçə saat ərzində demək olar ki, ikiqat artıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar