Xəbər lenti
Bakıya “yağış yağan” avtobuslar gətirilib
7A nömrəli marşrut avtobusunda sərnişinin başına tavandan su tökülüb.Bununla bağlı sərnişin sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, Əhmədlidən Bakı Dəmiryol Vağzalına gedərkən avtobusda pəncərə kənarında əyləşib. Bir saat yarımlıq yolda islanmamaq üçün üstünə paket örtüb.
"Bakubus"dan bildirildi ki, 7A nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birinin soyutma sisteminin drenaj xəttində texniki nasazlıq yaranıb:
"Sürücü nasazlıq barədə məlumat aldıqdan sonra avtobusun dövriyyəsini tamamlayaraq sərnişinləri son dayanacağa çatdırıb və nəqliyyat vasitəsini texniki baxış və təmir üçün depoya təhvil verib.
Hazırda nasazlığın aradan qaldırılması istiqamətində müvafiq işlər aparılır. Sərnişindaşıma xidmətində fasilənin yaranmaması üçün nasaz avtobus operativ şəkildə digər nəqliyyat vasitəsi ilə əvəz olunub".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































