Sizin Reklam Burada
Xəbər lenti
15-09-2026
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın bu kəndində 150 min adam yaşayır

Tarix: 24-08-2026 17:20     Baxış: 3116 A- / A+


Hazırda Azərbaycanda 4244 kənd var. Bu kəndlər arasında əhalisinin sayına görə ən böyük yaşayış məntəqəsi Abşeron rayonunun Masazır kəndidir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə keçirilmiş əhalinin sonuncu siyahıyaalınmasının nəticələrinə əsasən, Masazır kəndində 68 273 nəfər əhali yaşayıb.
Manevr.az metbuat.az-a istinadla xəbər verir ki, son illərdə Masazırda əhalinin sayının sürətlə artdığı müşahidə olunur. Abşeron yarımadasında yeni yaşayış massivlərinin salınması, çoxmənzilli binaların və fərdi evlərin tikintisinin genişlənməsi kəndin faktiki əhali sayına da təsir edib.Masazırın paytaxta yaxın yerləşməsi, nəqliyyat imkanları və mənzil qiymətlərinin Bakı ilə müqayisədə nisbətən münasib olması əhalinin bu əraziyə köçünü sürətləndirən əsas amillərdəndir. Kənddə yeni yaşayış komplekslərinin istifadəyə verilməsi ilə yanaşı, kirayə mənzillərdə yaşayanların sayının da artdığı bildirilir.Qeyri-rəsmi hesablamalara görə, Masazırda rəsmi qeydiyyatda olmayan, lakin burada daimi və ya müvəqqəti yaşayan şəxslər də nəzərə alındıqda, kəndin faktiki əhalisi 150 min nəfəri keçir.Beləliklə, Masazır təkcə Azərbaycanın əhalisi ən çox olan kəndi deyil, həm də ölkədə sürətli urbanizasiya və daxili miqrasiyanın ən aydın müşahidə edildiyi yaşayış məntəqələrindən biridir.Ərazidə yeni yaşayış komplekslərinin tikintisinin davam etməsi və əhali artımının sürətlənməsi Masazırın demoqrafik göstəricilərinin növbəti siyahıyaalınmada daha yüksək rəqəmlərlə əks olunacağı ehtimalını artırır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar