Sizin Reklam Burada
Xəbər lenti
16-09-2026
15-09-2026
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən yaşlı insanı odur

Tarix: 24-08-2026 09:10     Baxış: 476 A- / A+


Dünyanın ən yaşlı insanı hesab olunan britaniyalı Ethel Katerhem 117 yaşını qeyd edib.
Manevr.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. O, doğum gününü İngiltərənin Surrey qraflığındakı "Hallmark Lakeview Care Home" qocalar evində ailəsi və dostları ilə birlikdə keçirib.
Katerhem 116 yaşlı braziliyalı qadının ölümündən sonra, 2025-ci ilin mayında dünyanın ən yaşlı insanı elan edilib.
Qeyd edək ki, ötən il Ethel Kral III Çarlzla görüşüb və hətta onun əlindən tutub. Katerhem krala 1969-cu ildə onun Uels şahzadəsi elan olunmasını izlədiyini xatırladıb. Həmin vaxt Çarlzın 21 yaşı olub.
Ethel 21 avqust 1909-cu ildə, Birinci Dünya müharibəsinin başlamasından beş il əvvəl anadan olub. O, 1910-cu ilin mayında vəfat edən Kral VII Eduardın dövründən sağ qalan sonuncu britaniyalı hesab olunur. Katerhem həyatı boyu daha beş monarxın hakimiyyətinin şahidi olub: V Georq, VIII Eduard, VI Georq, II Elizabet və III Çarlz
Bununla belə, Ethel Katerhem dünyanın ən uzunömürlü insanı rekordundan hələ beş il geri qalır. Bu rekord fransalı Janna Kalmanın adı ilə bağlıdır. O, 122 il yaşayıb və 1997-ci ildə vəfat edib./"Unikal"

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar