Sizin Reklam Burada
Xəbər lenti
13-10-2026
12-10-2026
BÜTÜN XƏBƏRLƏR

Xalq artisti Tofiq Bakıxanov vəfat etdi

Tarix: 24-08-2026 08:37     Baxış: 391 A- / A+
xalq-artisti-tofiq-bakixanov-vefat-etdi
Görkəmli bəstəkar, Xalq artisti professor Tofiq Bakıxanov vəfat edib.

Bu barəd Xalq artistinin ailəsindən məlumat verilib.

Tofiq Əhmədağa oğlu Bakıxanov 1930-cu il dekabrın 8-də Bakıda, görkəmli tarzən, Azərbaycanın Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb. O, ilk musiqi təhsilini Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində (indiki Bülbül adına orta ixtisas musiqi məktəbi) alıb.

O, Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Əmək” ordenləri ilə təltif edilib.

Tofiq Bakıxanov əsərləri ilə Azərbaycan musiqisinə, incəsənətinə saysız-hesabsız incilər bəxş edib, “Nəva”, “Humayun”, “Rahab”, “Şahnaz”, “Dügah” simfonik muğamları ilə yanaşı, digər əsərləri də musiqi mədəniyyətimizin tarixində özünəməxsus yer tutub. Bəstəkarın əsərləri nəinki Azərbaycanda, eləcə də dünyanın bir çox ölkələrində rəğbətlə qarşılanıb.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar