Xəbər lenti
Qızıl axtaranlar ziyarətgahı qazdı - Sümüklər tapıldı - Şəkillər
Cəlilabadda naməlum şəxs və ya şəxslər tərəfindən qədim ziyarətgəh qazılıb.Cəlilabad rayonunun Seyidbazar kəndində yerləşən qədim ziyarətgah naməlum şəxs və ya şəxslər tərəfindən qazılıb. Kənd sakinlərinin sözlərinə görə, ziyarətgahın 100 ildən artıq yaşı var və tarixi abidə kimi qorunur. Rəsmi olaraq hər hansı dövlət tarixi-mədəniyyət abidələri siyahısında qeydiyyatda olmasa da, yerli əhali üçün xüsusi mənəvi və tarixi əhəmiyyət daşıyır.
Son günlər məlub olub ki, ziyarətgah ərazisində qazıntı işləri aparılır. Naməlum şəxs və ya şəxslər tərəfindən həyata keçirildiyi bildirilən qazıntı nəticəsində torpaqdan sümük qalıqları üzə çıxıb. Maraqlıdırlar ki, ziyarətgaha qoyulan nəzirlərə toxunulmayıb.
Sakinlər deyir ki, qazıntı aparan şəxs və ya şəxslər ərazinin qədim olduğunu bilib və onların məqsədi qızıl axtarmaq olub.
Baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hazırda həmin ərazi üzrə polis orqanında araşdırma aparılır. manset.az
Manevr.az



Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































