Sizin Reklam Burada
Xəbər lenti
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

Həbs olunan Azərbaycan diaspor rəhbəri vitse-prezident imiş

Tarix: 22-08-2026 13:30     Baxış: 431 A- / A+
Həbs olunan Azərbaycan diaspor rəhbəri vitse-prezident imişRusiyada həbs olunan Azərbaycan diaspor rəhbəri Ruslan Məmmədovla bağlı yeni məlumat ortaya çıxıb.
Manevr.az xəbər verir ki, R. Məmmədov Perm diyarı Cüdo Federasiyasının vitse-prezidenti imiş Onun bu vəzifəyə 2025-ci ilin mart ayında təyin olunduğu bildirilir.
Qeyd edək ki, Ruslan Məmmədov Federal Təhlükəsizlik Xidməti və Rusiya Qvardiyasının əməkdaşları tərəfindən saxlanılıb. Permin Leninski Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.
O, rüşvət verməkdə vasitəçi olmaqda ittiham olunub. İstintaqın iddiasına görə, Məmmədov bir miqranta barəsindəki cinayət işinə xitam verilməsi üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına pul çatdıracağını vəd edib.
Məmmədovun həmçinin “Perm diyarı Azərbaycan Xalqları Assambleyası” regional ictimai təşkilatının fəallarından biri olduğu qeyd olunur.
Məlumata görə, Ruslan Məmmədov ona qarşı irəli sürülən ittihamları qəbul etmir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar