Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

"Yol dağıldı, bir günlük ərzağımız qalıb" - Azərbaycan vətəndaşı Kamçatkada çarəsiz qaldı

Tarix: 22-08-2026 13:09     Baxış: 386 A- / A+
"Yol dağıldı, bir günlük ərzağımız qalıb" - Azərbaycan vətəndaşı  Kamçatkada çarəsiz qaldıRusiyanın Kamçatka diyarında turistlər güclü yağışların yaratdığı daşqın səbəbindən çətin vəziyyətdə qalıblar. Onların arasında Azərbaycan vətəndaşı Tatyana Dolivets də var.
Manevr.az xəbər verir ki, Tatyana Dolivets sosial şəbəkədə paylaşdığı müraciətdə hazırda Tolbaçik vulkanı ərazisində, “Kleşnya” adlı turist dayanacağında olduqlarını bildirib. 
Onun sözlərinə görə, çayın məcrasından çıxması nəticəsində təxminən 30 kilometrlik geri dönüş yolunun bir hissəsi yuyulub və ərazini avtomobillə tərk etmək mümkün deyil.
“16 nəfərlik qrupdayıq. "Ural" markalı avtomobildəyik. Bizdən başqa burada böyük ərazidən təcrid olunmuş təxminən 100 nəfər var. Ərzağımız cəmi bir günlükdür”, – deyə Azərbaycan vətəndaşı müraciətində bildirib.
Dolivets qeyd edib ki, ərazidə Rusiya ilə yanaşı Çin, Belarus və İsrail vətəndaşları da var. O, internet bağlantısının olmadığını, müraciəti göndərmək üçün xüsusi olaraq rabitənin olduğu yeganə nöqtəyə getdiklərini deyib.
Azərbaycan vətəndaşı Rusiya Fövqəladə Hallar Nazirliyinin mümkün qədər tez əraziyə müdaxilə etməsi üçün kömək istəyərək Azərbaycanın aidiyyəti qurumlarının, səfirliyin və digər strukturların məsələyə qoşulmasına çağırış edib.lent.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar