Xəbər lenti
İşdən çıxarılan naziri kim əvəz edir?
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis general-leytenantı Əhməd Əhmədov iyulun 28-də vəzifəsindən azad edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla müvafiq sərəncam imzalayıb.
Xatırladaq ki, polis general-leytenantı Əhməd Əhmədov 2000-ci ildən Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışırdı.
Manevr.az-ın modern.az-a istinadən məlumatına görə, Əhməd Əhmədov yola salınandan sonra Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində 2017-ci ilin birinci yarımilinin yekunlarına dair kollegiya iclası keçirilib.
İclasda cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə polis orqanlarının fəaliyyətinin nəticələri müzakirə olunub.
Kollegiya iclasına daxili işlər nazirinin müavini, polis general-mayoru Səbuhi Novruzov rəhbərlik edib. Məlumata görə, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə də hazırda Səbuhi Novruzov rəhbərlik edir. Onun tezliklə nazir postuna təsdiqlənəcəyi bildirilir.
Kollegiya iclasında general Səbuhi Novruzov bəhs olunan dövr ərzində qazanılan uğurlardan söhbət açıb, bununla yanaşı, işdə buraxılan nöqsanları ətraflı təhlil edib, bu nöqsanların tezliklə aradan qaldırılmasını qarşıda duran başlıca vəzifə kimi kollegiya iştirakçılarının nəzərinə çatdırıb, gələcəkdə həyata keçiriləcək tədbirlərdən danışıb.
Səbuhi Novruzov muxtar respublika daxili işlər orqanlarının fəaliyyətində 2017-ci ilin 6 ayında görülən işləri dəyərləndirib. O, nizam-intizamın möhkəmləndirilməsi, ictimai asayişin və sabitliyin qorunması üçün müvafiq tapşırıqlar verib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar