Sizin Reklam Burada
Xəbər lenti
21-08-2026
20-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat

Tarix: 21-08-2026 21:46     Baxış: 329 A- / A+
Bakıda gedişhaqqında dəyişiklik:  1 saat ərzində limitsiz nəqliyyat
Azərbaycanda “28 May” metrosunda təmir işləri ilə əlaqədar sərnişinlərin bir neçə avtobusdan istifadə etməsi nəqliyyat xərclərini artırıb. Həm bu vəziyyətdə, həm də ümumiyyətlə zamana bağlı bilet sisteminin tətbiqi təklif olunur.

İqtisadçı Natiq Cəfərli bildirib ki, dünyanın hər yerində gedişhaqqı zamana bağlıdır və birdəfəlik gedişhaqqı kimi ölçülmür. Zamana bağlı 1 saatlıq, 1 günlük, 3 günlük, 1 həftəlik, 1 aylıq və illik biletlər mövcuddur.

N.Cəfərli bildirib ki, vətəndaş metroya minərkən 1 saatlıq bilet alır, metrodan düşüb avtobusa minir və əlavə bilet almır. Bir saat ərzində nə qədər nəqliyyat dəyişsə də, cəmi bir dəfə ödəniş edir.

İqtisadçı qeyd edib ki, ayrı-ayrı güzəştlərin tətbiq olunmasındansa, məsələnin birdəfəlik həlli önəmlidir. Onun sözlərinə görə, sistem tətbiq olunanda tələbələr, şagirdlər və təqaüdçülər üçün güzəştli qiymətlər müəyyənləşdirilir.

N.Cəfərli vurğulayıb ki, dünyanın keçdiyi yol var: “Biz özümüzdən velosiped icad etməkdənsə, normal ölkələrin praktikasını götürüb tətbiq etməliyik.”

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar