Sizin Reklam Burada
Xəbər lenti
13-10-2026
12-10-2026
BÜTÜN XƏBƏRLƏR

Sərhəd-keçid məntəqələrində bu qədər yük maşını gözləyir - Rəsmi

Tarix: 21-08-2026 15:54     Baxış: 377 A- / A+

serhed-kecid-menteqelerinde-894-yuk-masini-gozleyir

Azərbaycanın dövlət sərhədində yerləşən gömrük-keçid məntəqələrində giriş və çıxış istiqamətində canlı növbədə olan yük nəqliyyat vasitələrinin sayı açıqlanıb.
Manevr.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, ümumilikdə 894 yük maşını hazırda sərhəd-keçid məntəqəsində növbədədir. Belə ki, Rusiya ilə sərhəddə yerləşən “Xanoba” gömrük postunda 1, “Samur” gömrük postunda 134, Gürcüstanla sərhəddə “Mazımqara” gömrük postunda 7, “Qırmızı Körpü” gömrük postunda 700, İran İslam Respublikası ilə sərhəddə “Astara” gömrük postunda 52 yük nəqliyyat vasitəsi növbədədir, “Biləsuvar” gömrük postunda isə növbə qeydə alınmayıb.
Qeyd edilib ki, sərhəddə yük nəqliyyat vasitələrinin sayı haqqında canlı məlumatları Dövlət Gömrük Komitəsinin saytından izləmək mümkündür: “Çıxış postunu giriş zamanı özünüz təyin edə və ya çıxışda növbələr çox olduqda, gömrük əməkdaşlarına müraciət edərək çıxış postunu dəyişə bilərsiniz”.
Xatırladaq ki, bir neçə gün öncə “Qırmızı körpü” gömrük postunda günlərlə növbədə gözləyən TIR sürücüləri məsələ ilə bağlı narazılıqlarını bildirirdilər.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar