Sizin Reklam Burada
Xəbər lenti
21-08-2026
20-08-2026
BÜTÜN XƏBƏRLƏR

Laçında məskunlaşan sakinlərin sayı AÇIQLANDI

Tarix: 21-08-2026 10:02     Baxış: 334 A- / A+
Laçına qayıdan sakinlərin sayı açıqlandı
“İşğaldan azad olunandan sonra Laçın rayonu bərpa və yenidənqurma mərhələsinə qədəm qoydu. Qısa müddətdə Laçında məskunlaşma prosesinə start verildi. Öz ata-baba yurdlarından uzun müddət kənarda qalan laçınlılar mərhələli şəkildə öz doğma və tarixi yurdlarına qayıdırlar”.

Manevr.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O xatırladıb ki, avqust Azərbaycan tarixinə həmçinin Laçının işğaldan azad olunduğu ay kimi daxil olub:
“Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Vətən müharibəsində əldə etdiyimiz şanlı zəfərdən sonra, 2020-ci ilin dekabrın 1-də Laçın rayonu, 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana təhvil verildi. Cənab Prezidentin imzaladığı sərəncama əsasən, 26 Avqust Laçın şəhəri günü kimi qeyd edilir”.
Deputatın sözlərinə görə, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuzun əldə etdiyi zəfərdən sonra Laçın rayonunda 979 ailə məskunlaşıb:
“Bu 3665 nəfərin öz ata-baba yurdlarına qayıtması deməkdir. 614 ailə (2264 nəfər) Laçın şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) rayonun Sus kəndində və 89 ailə (363 nəfər) isə Bəylik kəndində məskunlaşıb.
Böyük Qayıdış Proqramına əsasən, Laçın rayonunda məskunlaşma davam etdirilir. İşğal nəticəsində dağıdılan və baxımsız şəhərə dönən Laçın artıq regionun əsas mərkəzlərindən birinə çevrilməkdədir”.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar