Sizin Reklam Burada
Xəbər lenti
20-08-2026
19-08-2026
BÜTÜN XƏBƏRLƏR

Hərbi biletlə bağlı qərar: Onlar 200 manat cərimə olunacaqlar - RƏSMİ

Tarix: 20-08-2026 21:44     Baxış: 331 A- / A+
Hərbi biletlə bağlı qərar:  Onlar 200 manat cərimə olunacaqlar - RƏSMİHərbi biletin qəsdən korlanılmasına və ya itirilməsinə görə cərimə tətbiq edilir.

"Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, hərbi vəzifəlilər və çağırışçılar hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanılmasına və ya itirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 607-ci maddəsinə əsasən xəbərdarlıq edilir və ya 200 manat məbləğində cərimələnirlər.

Məlumata görə, itirilmiş və ya korlanmış hərbi biletlərin əvəzinə yeni hərbi biletin verilməsi üçün ərizə, təsdiq olunmuş şəxsiyyət vəsiqəsinin surəti, qeydiyyat kartasının surəti, inzibati xəta haqqında protokol və cərimənin ödənilməsi barədə qəbz və ya xəbərdarlıq edilməsi haqqında qərar, həmçinin 3×4 ölçüdə 2 ədəd fotoşəkil təqdim edilməlidir.

İtirilmiş hərbi biletin əvəzinə yenisi verilərkən əlavə olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumlarından hərbi biletin tapılmamasına dair arayış da tələb olunur.

Təbii fəlakət, yanğın və digər bu kimi hallar nəticəsində hərbi bilet itirildikdə və ya korlandıqda isə hadisəni təsdiq edən müvafiq qurumun arayışı təqdim edilməlidir.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar