Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda kabab evində at əti aşkarlanıb - FOTO

Tarix: 19-08-2026 18:50     Baxış: 398 A- / A+
Bakıda bu kabab evində at DNT-si aşkarlandı
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 114 ünvanında fəaliyyət göstərən fiziki şəxs Ağaisa Əlisa oğlu Nəbiyevə məxsus "İbrahim Tatlışiş" kabab evində yoxlama keçirilib.
Agentlikdən bildirilib ki, yoxlama zamanı istifadə olunan farşın keyfiyyət və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlər təqdim edilməyib.
Məhsullardan götürülən nümunələrin laborator müayinəsi nəticəsində ətdə at DNT-si aşkarlanıb. Bundan əlavə, müəssisədə izlənmə sisteminin tətbiq edilmədiyi, həmçinin sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən olunub.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb olunub və müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
Qeyd edək ki, həmin obyektin sahibi 2025-ci ilin may ayında keçirilən yoxlama zamanı da at DNT-si aşkarlanması faktına görə məsuliyyətə cəlb olunmuşdu.

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar