Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bakının gül salonlarında narkotik bitki satılır

Tarix: 29-07-2017 15:32     Baxış: 3291 A- / A+
Bakının gül salonlarında narkotik bitki satılır

Rusiyada narkotik tərkibli bitkilərin siyahısına ölkənin gül mağazalarında son günlərə qədər sərbəst satılan “mimoza xostilis” də daxil edilib. Məlum olub ki, bu gözəl, cazibədar bitkinin qurudulmuş hissələri özündə psixoaktiv maddə – dimetiltriptamini saxlayır. Bu adi sarı çiçəkləri olan və “8 Mart”da qadınlara hədiyyə edilən mimoza deyil. Əslində bizim mimoza adlandırdığımız akasiyadır və onda zərərli heç nə yoxdur. Yayda çəhrayı çiçəklər açan Lənkəran akasiyasını da bizdə mimoza adlandırırlar. Bu bitki də tamamilə zərərsizdir. Əsl mimoza isə yaşıldır və məhz onda güclü psixotrop maddə var.

Bakı Şəhər Narkoloji Dispanserindən bildiriblər ki, Rusiyada narkomaniyaya meylli gənclər çoxdan bu mimozadan istifadə edirlər. Ondan istifadə zamanı bitki hallüsinasiyalara səbəb olur , beyin dumanlanır. Həm də bu narkotikin təsirindən daha pisdir. Hətta elə hallar olub ki, bu bitkinin “azarkeşləri” yaşıl budaqlardan çəkdikdən sonra özlərini eyvandan tullayıblar.

Narkoloqlar iddia edirlər ki, son zamanlar bu ucuz və effektiv narkotik vasitədən Azərbaycanda da istifadə edirlər.

Virtualaz-org metronun “28 May” stansiyasının yaxınlığında yerləşən gül mağazalarında satışda həmin mimoza bitkisinin olub-olmaması ilə maraqlanıb. Məlum olub ki, kəsilən budaqları adətən buketlərin dekoru üçün istifadə edilən bu mimoza onlarda aprel-may aylarında olur.

Cəmi bir manat qiyməti olan bu bitki ölkənin cənub regionlarından – daha çox Lənkəran və Lerikdən gətirilir.

Botanika İnstitutundan Azərbaycanın cənubundakı dağlıq rayonlarda mimozanın yabanı halda bitdiyini təsdiqləyiblər. Amma ehtimal ki, bunu oradan mimoza və ya ayıdöşəyi (qıjı) adı ilə yığaraq satırlar. Adi normal insanlar bundan narahatlıq keçirməməlidirlər. Çünki psixotrop maddə yalnız mimozanın qabaqcadan qurudulmuş budaqlarının yandığı vaxt alınır.

Amma Rusiyada bu bitkinin qadağan olunmasından sonra bizdə də hüquq-mühafizə orqanlarının narahat olmasına əsas var.

Qeyd etmək lazımdır ki, dünyada bu bitkinin narkotik effekti çoxdan məlumdur. Latın Amerikasında, xüsusən də Braziliyada, hələ əsrlər əvvəl bu bitkinin hissələrindən psixoaktiv maddələrin hazırlanmasında istifadə olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar