Xəbər lenti
Bunu edənlər vergi ödəməyəcək - Rəsmi
Manevr.az globalinfo.az-a istinadla xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti fəaliyyət növü “7729002 – Digər paltarların kirayəsi” olan və 14 faiz dərəcə ilə gəlir vergisi ödəyən fiziki şəxsin ofisi hüquqi şəxsdən icarəyə götürməsi ilə bağlı suala aydınlıq gətirib.
Bildirilib ki, Vergi Məcəlləsinin 124.3-cü maddəsinə əsasən, hüquqi şəxslərə (müəssisələrə) və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə ödənilən icarə haqları ödəmə mənbəyində vergitutma obyekti deyil. Bu səbəbdən həmin icarə ödənişindən ödəmə mənbəyində vergi tutulması öhdəliyi yaranmır.
Dövlət Vergi Xidmətindən həmçinin qeyd olunub ki, qeyri-sahibkarlıq fəaliyyəti üzrə əldə edilən illik gəlirdən xərclər nəzərə alınmadan 14 faiz dərəcə ilə vergi tutulur.
Gəlir vergisi üzrə “Gəlir vergisinin bəyannaməsi” hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































