Sizin Reklam Burada
Xəbər lenti
19-08-2026
18-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bunu edənlər vergi ödəməyəcək - Rəsmi

Tarix: 19-08-2026 11:52     Baxış: 331 A- / A+

Bunu edənlər vergi ödəməyəcək - Rəsmi

Fiziki şəxsin hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə ödəmə mənbəyində vergi tutmaq öhdəliyi yaranmır.
Manevr.az globalinfo.az-a istinadla xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti fəaliyyət növü “7729002 – Digər paltarların kirayəsi” olan və 14 faiz dərəcə ilə gəlir vergisi ödəyən fiziki şəxsin ofisi hüquqi şəxsdən icarəyə götürməsi ilə bağlı suala aydınlıq gətirib.
Bildirilib ki, Vergi Məcəlləsinin 124.3-cü maddəsinə əsasən, hüquqi şəxslərə (müəssisələrə) və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə ödənilən icarə haqları ödəmə mənbəyində vergitutma obyekti deyil. Bu səbəbdən həmin icarə ödənişindən ödəmə mənbəyində vergi tutulması öhdəliyi yaranmır.
Dövlət Vergi Xidmətindən həmçinin qeyd olunub ki, qeyri-sahibkarlıq fəaliyyəti üzrə əldə edilən illik gəlirdən xərclər nəzərə alınmadan 14 faiz dərəcə ilə vergi tutulur.
Gəlir vergisi üzrə “Gəlir vergisinin bəyannaməsi” hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar