Sizin Reklam Burada
Xəbər lenti
18-08-2026
17-08-2026
BÜTÜN XƏBƏRLƏR

Texniki baxışın ləğvi – Ekspert mühüm məsələyə aydınlıq gətirdi

Tarix: 18-08-2026 22:55     Baxış: 32 A- / A+
Dünyanın bir sıra ölkələrində avtomobillərin texniki vəziyyətinə nəzarət müxtəlif mexanizmlərlə həyata keçirilir. Azərbaycanda isə avtomobillərin texniki baxışdan keçirilməsi sistemi hələ də qüvvədədir.

Bəs texniki baxışın tamamilə ləğv edilərək yalnız utilizasiya rüsumunun saxlanılması mümkündürmü?

Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, hazırkı mərhələdə Azərbaycanda texniki baxış sisteminin ləğvinə ehtiyac yoxdur.

Ekspertin sözlərinə görə, utilizasiya mexanizminin tətbiqi texniki baxışın aradan qaldırılması üçün əsas sayıla bilməz:
“Bizdə hələ texniki baxışa ehtiyac var. Utilizasiya proqramının mövcudluğu o demək deyil ki, texniki baxış ləğv edilməlidir. Texniki baxış xüsusilə köhnə avtomobillərin texniki vəziyyətinə nəzarət baxımından əhəmiyyətlidir.

Yeni avtomobil alındıqda müəyyən müddət ərzində onun texniki baxışdan keçirilməsinə ehtiyac olmur. Lakin avtomobil bir neçə il istismar edildikdən sonra texniki baxış məsələsi aktuallaşır. Bu baxımdan köhnə avtomobillərin texniki vəziyyətinə nəzarət vacibdir”, – deyə ekspert vurğulayıb.

Beləliklə, ekspertin fikrincə, utilizasiya mexanizminin tətbiqi texniki baxışın ləğvi üçün əsas deyil. Xüsusilə uzun müddət istismar olunan avtomobillərin texniki vəziyyətinə və yol hərəkəti təhlükəsizliyinə nəzarət baxımından Azərbaycanda texniki baxış sisteminin saxlanılmasına ehtiyac var. musavat.com 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar