Sizin Reklam Burada
Xəbər lenti
18-08-2026
17-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda siqaret çəkənlərdən pul tələb edən şəxs həbs edildi

Tarix: 18-08-2026 21:04     Baxış: 329 A- / A+
Bakıda özünü hüquq mühafizə əməkdaşı kimi təqdim edərək vətəndaşlardan pul tələb edən şəxs inzibati qaydada həbs edilib.

1995-ci il təvəllüdlü C.V. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində hüquq mühafizə əməkdaşına məxsus jiletka geyinərək özünü vətəndaşlara hüquq mühafizə əməkdaşı kimi təqdim edib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb.

Məhkəmə araşdırması zamanı məlum olub ki, C.V. bəzi vətəndaşların müəyyən edilməmiş yerdə siqaret çəkdiyini əsas gətirərək onlardan pul tələb edib.

C.V. məhkəmədə özünü təqsirli bilməyərək bildirib ki, uşaqlıqdan hüquq mühafizə əməkdaşı olmaq arzusunda olub və məhz bu səbəbdən hüquq mühafizə əməkdaşlarına məxsus jiletkanı geyinib. O, heç bir pis niyyətinin olmadığını, hüquq mühafizə əməkdaşının adını ləkələyəcək hərəkətə yol vermədiyini deyib.

Təqsirləndirilən şəxs heç kimdən pul almadığını, jiletkanı təxminən 5 ay əvvəl kirayə qaldığı bağdan götürdüyünü və sadəcə həmin geyimdə ərazidə gəzdiyini bildirib. Əməlinə görə peşman olduğunu deyən C.V. barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə C.V.-yə 10 gün müddətinə inzibati həbs tənbehi tətbiq olunub. qaynarinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar