Sizin Reklam Burada
Xəbər lenti
15-09-2026
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Bu rayonlardan Bakıya gələnlərə pis xəbər – Qadağa qoyula bilər

Tarix: 18-08-2026 08:20     Baxış: 384 A- / A+
Bileceri Sumqayit baki0lokbatan
BakıSumqayıt marşrutu üzrə taksi fəaliyyəti ilə bağlı tətbiq olunan qaydalar sərnişinlərin ciddi narazılığına səbəb olur. Qaydaya əsasən, bir şəhərin buraxılış kartı ilə digər şəhərdə sərnişin götürmək mümkün deyil. Bu isə Bakıdan Sumqayıta gedən taksinin geri qayıdarkən boş qalmasına səbəb olur. Nəticədə sürücülər əlavə yanacaq və vaxt itkisi ilə üzləşir, sərnişinlər isə geri qayıtmaq üçün taksi tapmaqda çətinlik çəkir və daha yüksək qiymətlərlə qarşılaşırlar.

Nəqliyyat eksperti Aslan Əsədov deyib ki, bu kimi məsələlərin həll olunmasının əsas meyarlarından biri də gedişhaqlarının ödənilməsi zamanı vahidlik prinsipinin nəzərə alınmasıdır:

“Sahibkarın qarşılaşdığı maneələr və onun itirəcəyi məbləğ müəyyən edilməlidir. Bir şəhərdən digərinə getdikdə artıq şəhərdaxili gediş deyil, səfərin qiyməti və geri dönüş məsələsi nəzərə alınmalıdır. Sahibkar bu itkiləri nəzərə alarsa, problem qalmayacaq”.
aslanAslan Əsədov
Nəqliyyat eksperti Yasin Mustafayev isə bildirib ki, sözügedən məsələ insanların gediş-gəlişinə, xüsusilə də gecə saatlarında və intensivliyin pik həddində ciddi təsir göstərir:

“İlk növbədə bu qərarın niyə verildiyinə baxaq. Səbəb odur ki, şəhərdə tıxacları azaltmaq üçün taksi fəaliyyətində müəyyən tənzimləmələr həyata keçirildi. Taksi sayı azaldıldı, müəyyən tələblər qoyuldu. Bu tələblərdən biri də ondan ibarətdir ki, hansı şəhərdə taksi fəaliyyətinə icazə varsa, yalnız orada fəaliyyət göstərmək mümkündür.
Əvvəllər Bakıda 75 minə yaxın taksi var idi. İndi bu say yarıya qədər endirilib. 25 minə qədər də azalmalıdır. Bu, şəhərdə sıxlığın azaldılmasına ciddi təsir göstərir.
yasin mustafayevYasin Mustafayev

Hazırda atılan addımlar, aparılan siyasət insanları kiçik nəqliyyat vasitələrindən ictimai nəqliyyata yönəltməyə hesablanıb. Əks halda tıxacdan əziyyət çəkəcəyik. Ətraf rayonlardan və ya Sumqayıtdan qeydiyyatdan keçən taksilərin Bakıda fəaliyyətinə icazə verilməsi tıxacların artmasına səbəb olacaq”. globalinfo.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar