Sizin Reklam Burada
Xəbər lenti
16-08-2026
15-08-2026
BÜTÜN XƏBƏRLƏR

500 illik sirr: Azərbaycanda bu kənddəki evin tavanında görün nələr yazılıb

Tarix: 17-08-2026 08:36     Baxış: 345 A- / A+
Zaqatalanın Mamrux kəndi "Baku TV"nin “Kəndinə qayıt” verilişinin bu dəfəki mövzusu olub.

Zaqatala şəhərindən təxminən 14 kilometr məsafədə yerləşən Mamrux iki mindən çox əhalisi olan qədim yaşayış məntəqələrindən biridir.

Təbiəti, tarixi abidələri və özünəməxsus adət-ənənələri ilə seçilən kənddə sakinlərin əsas məşğuliyyət sahələrindən biri fındıqçılıqdır. Kəndin qədim tarixini göstərən əsas izlərdən biri burada aşkarlanan qəbirlərdir.

Sakinlərin sözlərinə görə, qazıntılar zamanı uzunluğu 210 santimetrə çatan qədim qəbirlər üzə çıxıb.

“Dişlərinin hamısı sap-sağlam idi, bir dənə də diş tökülməmişdi. Sümükləri ölçdük, xeyli uzun idi, indiki insanlardan böyük idi”, – deyə kənd sakinlərindən biri bildirib.

Mamruxda “Pompeylər məhəlləsi” də yerləşir.
Yerli sakinlər bu adın qədim Roma sərkərdəsi Qney Pompeyin bölgəyə yürüşü ilə bağlı olduğunu söyləyirlər. Kənddə Roma döyüşçülərinə aid olduğu ehtimal edilən ox və nizə ucluqlarının tapılması bu rəvayəti daha maraqlı edir. Lakin Pompey nəslinin burada yaşaması ilə bağlı dəqiq elmi sübut yoxdur. Kənddə 500 ildən çox yaşı olduğu bildirilən qədim Alban evi də qorunur.

Sakinlərin sözlərinə görə, bu tikili Alban memarlığından günümüzə qədər gəlib çatan nadir evlərdəndir. Evin tavanında ərəb qrafikası ilə yazıların olduğu da bildirilir. Şəxsi mülk olduğu üçün uzun illərdir bərpa olunmayan tikili hazırda dağılmaq təhlükəsi ilə üz-üzədir.

Manevr.az 




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar