Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

Məktəblərin nə vaxt başlayacağı təsdiqləndi - nazir əmr verdi

Tarix: 29-07-2017 10:43     Baxış: 4333 A- / A+
Məktəblərin nə vaxt başlayacağı təsdiqləndi

Ümumtəhsil məktəblərinin 2017-2018-ci dərs ilinə aid tədris planları təsdiq edilib. Təhsil naziri Mikayıl Cabbarov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, Azərbaycanın tədris Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün 2017-2018-ci dərs ilinə aid tədris planları və “Tədris planlarına dair qeydlər” təsdiq edilib.

2017-2018-ci dərs ilində ümumtəhsil məktəblərinin I-X sinifləri üçün tədris planına görə, siniflər üzrə həftəlik dərs saatlarının miqdarı ümumilikdə 35 saat müəyyən edilib.

Ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ili iki yarımilə - birinci yarımil (15 sentyabr - 26 yanvar), ikinci yarımilə (1 fevral - 14 iyun) bölünür.

Dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyən edilib.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar