Sizin Reklam Burada
Xəbər lenti
14-08-2026
13-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda müəllim küçədə yatdı, hər şeyi oğurlandı

Tarix: 15-08-2026 17:18     Baxış: 328 A- / A+
Bakıda müəllim küçədə yatdı,  hər şeyi oğurlandı
Bakıda gecəyarı küçədə yatan müəllim qarət olunub.

Manevr.az-ın xəbərinə görə, hadisə “20 Yanvar” metrostansiyasının yaxınlığında baş verib.
İttiham aktına görə, Şamaxıdan Bakıya sərnişin daşıyan 57 yaşlı Cövdət Quliyev (şərti adla) gətirdiyi adamlardan birinin gecəyarı səkidə yatdığını görüb. O, fürsətdən istifadə edərək, həmin şəxsin 340 manatlıq mobil telefonunu və 600 manat nağd pulunu götürüb. Həmçinin telefondakı mobil tətbiqə baxarkən onun bank hesabında 1500 manat vəsait olduğunu görüb və həmin pulu öz bank hesabına köçürüb.
Faktla bağlı Cövdət Quliyev saxlanılaraq, barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs məhkəmədəki çıxışında günahını inkar etsə də, ilkin izahatında təqsirini boynuna alıb.
Zərərçəkən şəxs isə ifadəsində bildirib ki, Qobustan rayonunda məktəblərdən birində müəllim işləyir. Hadisə olan gecə saat 12-1 radələrində Şamaxıdan Bakıya gəlib, 2 radələrində avtomobildən düşüb. Saat 4 radələrində “20 Yanvar” metrostansiyasının qarşısında pivə içib. İçkinin yarısını içəndə təzyiqi qalxdığı üçün özündən gedib. Beləcə səkidə uzanaraq yatıb. Ayılanda isə qarət olunduğunu görərək, polisə şikayət edib. Daha sonra isə Şamaxıya geri qayıdıb. O, həmçinin kartındakı pulun oğurlandığını kartı bankomata salıb yoxlayarkən bilib.
Zərərçəkən ona dəymiş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu deyib.
Məhkəmənin qərarı ilə C. Quliyev 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.lent.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar