Xəbər lenti
Azərbaycanda ictimai nəqliyyatın ümumi vahid kartı yaradılır? – RƏSMİ AÇIQLAMA

Azərbaycanda ictimai nəqliyyatda ödəniş sistemi bütün şəhərlər üzrə "Bakukart”la aparılır. Nəzərə alsaq ölkənin digər böyük şəhərlərinin öz ictimai nəqliyyat sistemi, tarifləri və sərnişin xüsusiyyətləri var. Başqa sözlə, şəhərlərin öz nəqliyyat kimliyinin formalaşdırılması mümkündür.
Bəs ödəniş kartları şəhərlər üzrə fərqlənə, adları dəyişə bilərmi? Məsələn, Bakıda "BakuKart” olduğu kimi, Naxçıvanda "NaxçıvanKart”, Sumqayıtda "SumqayıtKart” və s. Regional nəqliyyat kartlarının yaradılması nə dərəcədə mümkündür?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, texniki imkanlar nəzərə alınmaqla tədricən bu istiqamətdə tədbirlər görülür.
Ölkənin bütün ərazilərində mobilliyin təmin olunması və multimodal daşımalarda vahid kartdan istifadənin mümkünlüyü əsas məqsədlərdən biridir. Ölkənin nəqliyyat sistemində nağdsız ödəniş alətlərinin məhdudiyyətsiz tətbiqi, bir-birində keçərli olması qarşıya qoyulan əsas hədəflərdən biridir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































