Sizin Reklam Burada
Xəbər lenti
14-08-2026
13-08-2026
BÜTÜN XƏBƏRLƏR

Fərman Quliyevin lombardı təminatsız 1 milyon borc axtarır

Tarix: 14-08-2026 18:22     Baxış: 441 A- / A+


"Sizin Lombard" brendi ilə fəaliyyət göstərən "GL" ASC istiqraz buraxılışı yolu ilə 1 milyon manat vəsait cəlb etməyi planlaşdırır.
Manevr.az plat.az-a istinadən xəbər verir ki, Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə şirkətin istiqrazlarının ticarətə buraxılması üçün "Ticarətə icazə" verilib.
Buraxılış çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 10 min ədəd istiqraz yerləşdiriləcək. İstiqrazlar faizli, təminatsız, sənədsiz və adlı qiymətli kağızlardır.
Şirkət istiqraz sahiblərinə illik 15% gəlirlilik təklif edir. Faiz ödənişləri hər 30 gündən bir həyata keçiriləcək. İstiqrazların tədavül müddəti 7 ildir.
Beləliklə, bütün istiqrazların yerləşdirilməsi halında "Sizin Lombard" investorlar hesabına 1 milyon manat borc cəlb edəcək. İllik 15%-lik faiz dərəcəsi nəzərə alındıqda, əsas borcdan əlavə illik faiz ödənişi 150 min manat təşkil edəcək.
İstiqrazların yerləşdirilməsi üzrə hərrac avqustun 21-də Bakı Fond Birjasında keçiriləcək. Hərrac kütləvi, birqiymətli üsulla təşkil olunacaq. Buraxılışın anderrayteri "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-dir.
Qeyd edək ki, "GL" ASC 2016-cı ildən "Sizin Lombard" brendi ilə fəaliyyət göstərir. Şirkətin səhmlərinin 100%-i Fərman Eldar oğlu Quliyevə məxsusdur. Fərman Quliyev, həmçinin "Para" ASC bank olmayan kredit təşkilatının səhmdarlarından biridir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar