Sizin Reklam Burada
Xəbər lenti
13-08-2026
12-08-2026
BÜTÜN XƏBƏRLƏR

Zibil qutusuna bir neçə qaşıq tökün: Qoxu da, milçək də azalır

Tarix: 14-08-2026 09:18     Baxış: 428 A- / A+



Yay aylarında artan istilik mətbəxdəki zibil qutularında pis qoxunun daha sürətli yaranmasına və milçəklərin bu bölgəyə yönəlməsinə səbəb ola bilər. Bunun qarşısını almaq üçün tövsiyə edilən sadə üsullardan biri zibil paketini taxmazdan əvvəl qutunun dibinə bir neçə xörək qaşığı soda səpməkdir.
Manevr.az milli.az-a istinadla xəbər verir ki, soda xüsusilə qida qalıqlarından qaynaqlanan pis qoxuların azalmasına kömək edir. Zibilin dibində yığılan nəmlik və mayelər qoxunun qısa müddətdə ağırlaşmasına səbəb olur, soda bu mühitin nəzarət altında saxlanmasını asanlaşdırır. Beləliklə, milçəkləri zibil qutusuna çəkən kəskin qoxunun da azaldır. Sodanın nəmlənməsi və ya paketdən maye sızması halında yenilənməsi lazımdır.
Ətirli yağlardan da istifadə etmək olar
Zibil qutusunda tətbiq oluna bilən digər bir üsul isə kiçik bir parça pambığa bir neçə damla limon, evkalipt və ya çay ağacı yağı damlatmaqdır. Pambıq paket yerləşdirilməzədən əvvəl qutunun dibinə qoyulur. Bu yağların kəskin qoxusu zibil qoxusunun qarşısının alınmasına kömək edərkən, xüsusilə isti günlərdə qutunun ətrafındakı narahatedici qoxunun azalmasını təmin edir. Bu üsullarla yanaşı, zibil qutusunun mütəmadi olaraq təmizlənməsi də vacibdir. Xüsusilə meyvə, tərəvəz, ət və yemək qalıqları isti havalarda qısa müddətdə xarab ola bildiyi üçün paketin uzun müddət saxlanmaması lazımdır. Qutunun yuyulduqdan sonra tamamilə qurutulması və dibində maye buraxılmaması da milçəklərin çoxalacağı mühitin yaranmasını çətinləşdirir.
Sodanın müəyyən fasilələrlə yenilənməsi və qutunun təmiz saxlanması ilə xüsusilə yay aylarında ortaya çıxan pis qoxu və milçək problemi əhəmiyyətli dərəcədə azaldıla bilər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar