Sizin Reklam Burada
Xəbər lenti
12-08-2026
11-08-2026
BÜTÜN XƏBƏRLƏR

Uzun illər blokadada olan Naxçıvanın qarşısında indi yeni imkanlar açılıb

Tarix: 12-08-2026 23:27     Baxış: 329 A- / A+
Uzun illər blokadada olan Naxçıvanın qarşısında indi yeni imkanlar açılıbNaxçıvan Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan bölgələrdən biridir. Uzun illər blokada şəraitində olan muxtar respublika ciddi sosial və iqtisadi çətinliklərlə üzləşib. Buna baxmayaraq, Naxçıvan öz inkişafını qoruyub və bu gün qarşısında yeni imkanlar açılıb.

Milli Məclisin deputatı Aydın Hüseynov qeyd edib ki, bu baxımdan, Ulu Öndər Heydər Əliyevin Naxçıvandakı fəaliyyətini xüsusi qeyd etmək lazımdır:

"1990-cı illərin əvvəllərində Naxçıvanın olduqca mürəkkəb vəziyyətdə olduğu bir vaxtda Heydər Əliyevin buraya qayıdışı mühüm tarixi hadisə idi. Onun rəhbərliyi ilə muxtar respublikanın təhlükəsizliyinin və sosial sabitliyinin qorunması, blokadanın yaratdığı çətinliklərin aradan qaldırılması istiqamətində mühüm addımlar atıldı. Eyni zamanda, Naxçıvanın dövlətçilik ənənələrinin qorunması və möhkəmləndirilməsi üçün mühüm qərarlar qəbul edildi.
Uzun illər blokadada olan Naxçıvanın qarşısında indi yeni imkanlar açılıbBu gün həmin siyasi xətt Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə davam etdirilir. Prezidentin Naxçıvana göstərdiyi diqqət və imzaladığı sərəncamlar muxtar respublikanın sosial-iqtisadi inkişafına ciddi dəstək verib. Son illərdə burada yol-nəqliyyat infrastrukturu yenilənib, sosial obyektlər inşa olunub, müxtəlif iqtisadi layihələr həyata keçirilib".

A. Hüseynov vurğulayıb ki, Prezident İlham Əliyevin Naxçıvana dünənki səfəri də bu baxımdan mühüm əhəmiyyət daşıyır:

"Bu səfəri yalnız görülən işlərin qiymətləndirilməsi kimi deyil, Naxçıvanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da dəyərləndirmək olar. Prezidentin səfər çərçivəsində verdiyi mesajlar göstərir ki, Naxçıvanın qarşıdakı inkişafında iqtisadi fəallığın artırılması, infrastruktur imkanlarının genişləndirilməsi və muxtar respublikanın regional əlaqələrinin gücləndirilməsi əsas istiqamətlərdən olacaq".

Naxçıvanın iqtisadi potensialının bununla məhdudlaşmadığını söyləyən deputat əlavə edib ki, sənaye, kənd təsərrüfatı, turizm və xidmət sektorunda yeni layihələrin həyata keçirilməsi üçün geniş imkanlar var. report 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar