Xəbər lenti
“Salam heç vaxt sarvan ola bilmədi!..” — Emil Rasimoğlu yazır...
Bu əlahəzrət mühitdə onun şeirlərini də mütəmadi olaraq dönə-dönə oxumuşam... və ədəbi mülahizələrinə də ətraflı şəkildə bələdəm.
Bugünə qədər Salam Sarvanın qələmi haqqında hər zaman bir dəqiq (və həqiqət olan!) fikirdəyəm:
İstedadı (şüuraltı ədəbi baxışından, idrakının energetik halından bəlli olur!), analtik düşüncə tərzi heç şübhəsiz ki, var, mövcuddur(!), bədii həll prosesindən də çox yaxşı xəbərdardır, amma və lakin(!) böyük kreativ masştablı mətni, fundamental yaradıcılığı, böyük spesifik ədəbiyyatı, sənəti... yoxdur.
Yazdıqlarının çox hissəsini xroniki şəkildə bürüyən bəsit illuziya situasiyası da gərək ki, ədəbi müzakirələr zamanı göz qamaşdırmasın...
Bu illər ərzində Salam təsəvvüründəki orijinal BƏDİİ MƏTNi, düşündüyü, bəhs etdiyi ƏDƏBİYYATı heç vaxt yarada bilmədi... Məhz bu baxımdan da bəlkə yeganə qələm adamlarındandır ki, öz fiaskosunu görür və bəlkə yeganə qələm adamlarındandır ki(!), bu üzdən büsbütün şeirlərindən imtina da edə bilər!.. və ya imtina etməyə də hazırdır!
Salam təsəvvüründəki orijinal BƏDİİ MƏTNi, düşündüyü, bəhs etdiyi ƏDƏBİYYATı ona görə ortaya qoya bilmədi ki, çünki bir ömür yaradıcılıq boyu idraki qatda necə deyərlər, Salamın öz emalatxanası, dəzgahı olmadı. Material var, enerji var... lakin dediyim kimi, fövqəl müstəvidə özünə məxsus, özünə xas yaradıcı dəzgah, emalatxana yoxdur. Elə bu səbəbdən Salam bütövlükdə heç vaxt “özgə ocağından” (dəzgahından, emalatxanasından) əl çəkə bilmədi... heç çəkmir də!
Son illər dünya ədəbiyyatından tərcümələr də etdi... və yenə də başladı keçmiş “adəti” üzrə manevrlər göstərməyə — həmin tərcümələrin poetik qəlblərində özünə “kərpic kəsməyə”, bir az da dəqiq desək, onları fəhmin gücü ilə daxilən imitasiya etməyə...
Bir sözlə, Salam heç vaxt sarvan ola bilmədi!..
... Tanrı, təbiət və səhralara atılmış saat əqrəbləri qorusun balıqların tənha səsindəki Salam Sarvanı!
Emil Rasimoğlu
şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































