Sizin Reklam Burada
Xəbər lenti
10-08-2026
09-08-2026
BÜTÜN XƏBƏRLƏR

Qubada yaşayış məskəni araşdırılır: yeni tapıntılar... -Şəkil

Tarix: 10-08-2026 21:49     Baxış: 329 A- / A+
Quba rayonunun Sırt Çiçi kəndində qədim yaşayış məskənlərinin və arxeoloji abidələrin öyrənilməsi istiqamətində tədqiqatlar aparılır.

Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi, ekspedisiya rəhbəri Laçın Mustafayev bildirib ki, Sırt Çiçi kəndindən daxil olan vətəndaş müraciəti əsasında 10 iyulda Qalagah-I yaşayış yerinə baxış keçirilib. Ərazidə aparılan yerüstü kəşfiyyat zamanı keramika fraqmentləri toplanıb.

Onun sözlərinə görə, Qalagah-I yaşayış yeri ilk dəfə ötən əsrin 60-cı illərində qeydə alınıb və eramızın I minilliyinin birinci yarısına aid edilir. Abidə kəndin şimal-qərbində, hündür zirvəlikdə yerləşir. Bir neçə təpənin üzərində yerləşən yaşayış yeri geniş ərazini əhatə edir.

Mütəxəssisin sözlərinə görə, Sırt Çiçi kəndinin müxtəlif ərazilərindən də tez-tez tarixi əşyalar aşkarlanır. Kənd sakinlərinin verdiyi məlumata əsasən, belə materialların bir hissəsi kənd təsərrüfatı işləri və təbii proseslər, o cümlədən yağışlar zamanı üzə çıxır.

Laçın Mustafayev qeyd edib ki, aşkarlanan materiallar və aparılan müşahidələr Sırt Çiçi kəndinin zəngin maddi irsi və qədim tarixindən xəbər verir. Gələcəkdə bu ərazilərdə yerləşən arxeoloji abidələrin ətraflı və kompleks şəkildə tədqiqi bölgənin tarixinin öyrənilməsinə mühüm töhfələr verə bilər.

Qeyd edək ki, Qubada arxeoloji tədqiqatlar yalnız Sırt Çiçi kəndi ilə məhdudlaşmır. Səbətlər kəndində yerləşən son antik və orta əsrlər dövrünə aid Təhməzi yaşayış yerində də arxeoloji qazıntılar aparılıb. Burada keramika fraqmentləri, daş alətlər, tikili qalıqları və digər arxeoloji materiallar aşkarlanıb.

Təhməzi abidəsində aparılan qazıntılarla yanaşı, rayonun ətraf kəndlərində yerüstü kəşfiyyat işləri və arxeoloji abidələrə baxışlar da davam etdirilir. kult.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar