Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda iki vəkilə hökm oxundu

Tarix: 09-08-2026 13:30     Baxış: 3100 A- / A+


Gəncə Şəhər Məhkəməsində iki vəkil barəsində cinayət işi üzrə hökm elan edilib.
Manevr.az “gununsesi.info”ya istinadla xəbər verir ki, Tovuz Vəkil Bürosunun vəkilləri – Rəşad Tapdıq oğlu Abdullayev və Süleyman Hüseynqulu oğlu Əliyev barəsində araşdırılan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Məhkəmənin hökmü ilə Rəşad Abdullayev 3 il 7 ay müddətinə, Süleyman Əliyev isə 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri), 297-ci (Bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə) və 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə bağlı olub.
Bildirilir ki, cinayət işi üzrə iki il müddətində istintaq aparılıb. Daha sonra iş materialları məhkəməyə göndərilib və Gəncə Şəhər Məhkəməsində baxılaraq hökm çıxarılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar