Sizin Reklam Burada
Xəbər lenti
08-08-2026
07-08-2026
BÜTÜN XƏBƏRLƏR

Məşhur fırıldaqçı görün kimin kürəkəni imiş?

Tarix: 08-08-2026 22:41     Baxış: 338 A- / A+
1 3Xəbər verdiyimiz kimi, özünü yəhudi əsilli beynəlxalq hüquq müdafiəçisi kimi təqdim edən və “David Seliverstov” adı ilə tanınan şəxsin əsl adının Kazım Elşən oğlu Abbasov olduğu bildirilir. Onun əvvəllər bir neçə dəfə məhkum edildiyi, illər ərzində ölkənin ictimai-siyasi dairələri, media qurumları və yəhudi təşkilatları ilə əlaqələr qurduğu iddia olunur.

Kazım Abbasov 2011-ci ildə Nəsimi Rayon Polis İdarəsi tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə ittiham irəli sürülüb. Məhkəmənin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra Xəzər Rayon Prokurorluğu tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.2-ci (saxta sənədlərdən bilə-bilə istifadə etmə) maddələri ilə cinayət işi başlanıb. Həmin iş üzrə Kazım Abbasov 2 il müddətinə azadlıqdan məhrum edilib və 3500 manat cərimə olunub.

Onun daha sonra Azərbaycanı tərk etdiyi də bildirilir.

“David Seliverstov” adı ilə tanınan Kazım Abbasov professor Qəzənfər Paşayevin qızı, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayevanın həyat yoldaşıdır.

Qeyd edək ki, Təranə Paşayeva mərhum deputat Qənirə Paşayevanın əmisi qızıdır.
2 2Onu da qeyd edək ki, “David Seliverstov” adı ilə çıxış edən şəxs özünü müxtəlif beynəlxalq hüquq müdafiə qurumlarının nümayəndəsi, yəhudi icması ilə əlaqəli şəxs və xeyriyyəçi kimi təqdim edib. O, Azərbaycan–İsrail münasibətlərinə dair tədbirlərdə iştirak edib və ictimai-siyasi dairələrdə müxtəlif əlaqələr qurmağa çalışıb. gununsesi.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar