Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Tarix: 07-08-2026 11:31     Baxış: 3103 A- / A+
Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu üzrə ixtisas seçimi avqustun 9-u saat 23:59-dək davam edəcək.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, abituriyentlər müəyyən olunmuş müddətədək qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edərək ərizələrini təsdiqləməlidirlər.
Avqustun 7-si saat 10:05-ə olan məlumata əsasən, artıq 7452 abituriyent elektron ixtisas seçimi ərizəsini təsdiqləyib. Onlardan 7099-ü Azərbaycan, 353-ü isə rus bölməsi üzrə müraciət edib.
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü nömrəsində dərc olunub.
Abituriyentlər ixtisas seçimi zamanı DİM-in abituriyent məsləhət mərkəzlərinə də müraciət edə bilərlər. Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Texniki, Milli Konservatoriya, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan Dövlət Aqrar, Sumqayıt Dövlət universitetlərində, həmçinin DİM-in regional bölmələrində fəaliyyət göstərən mərkəzlərdə müsabiqə iştirakçılarına ödənişsiz məsləhət xidməti göstərilir.
Müsabiqədə yalnız elektron ixtisas seçimi ərizəsini təsdiq etmiş şəxslər iştirak edə bilərlər.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar