Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıya uçan azərbaycanlı iş adamı aeroportda saxlanıldı

Tarix: 06-08-2026 21:28     Baxış: 399 A- / A+
Bakıya uçan azərbaycanlı iş adamı aeroportda saxlanıldı
Rusiyadan Azərbaycana külli miqdarda pulu gizli gətirmək istəyən şəxs saxlanılıb.

Hadisə Novosibirsk şəhərindəki Tolmaçyovo hava limanında baş verib. İddia olunur ki, gömrük əməkdaşları külli miqdarda nağd pulun qanunsuz şəkildə Rusiyadan çıxarılmasının qarşısını alıblar. Məlum olub ki, cinayət işi üzrə təqsirləndirilən şəxs Azərbaycana uçmağa hazırlaşan 40 yaşlı Rusiya vətəndaşıdır.

Məlumata görə, həmin şəxs "yaşıl dəhliz"dən keçərək üzərində məcburi bəyan edilməli olan mal və ya pul olmadığını təsdiqləyib. Yoxlama zamanı gömrük müfəttişi ondan özü ilə nə qədər nağd pul apardığını soruşub.

Sərnişin üzərində 1,5 milyon rubl (təxminən 31 min 534 manat) olduğunu desə də, yoxlama zamanı bunun yalan olduğu üzə çıxıb. Onun bel çantasında 2 milyon 606 min 500 rubl (təxminən 54 min 796 manat), həmçinin 100 ABŞ dolları və 43 Azərbaycan manatı aşkarlanıb.

Sibir Gömrük İdarəsinin məlumatına görə, sərnişin baş verənləri qüvvədə olan nağd pul aparılması qaydalarını bilməməsi ilə izah edib. Lakin bu, onu məsuliyyətdən azad etməyib.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 200.1-ci maddəsinin 1-ci hissəsi ("Külli miqdarda nağd pul vəsaitlərinin qaçaqmalçılığı") ilə cinayət işi başlanıb. Aşkarlanan bütün pul vəsaitləri müsadirə edilib. Onların sonrakı taleyinə məhkəmə qərar verəcək.

Qeyd edək ki, saxlanılan şəxs Rusiyada bizneslə məşğul olub. azpolitka 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar