Sizin Reklam Burada
Xəbər lenti
02-08-2026
01-08-2026
BÜTÜN XƏBƏRLƏR

Pişiklər niyə beton plitələrin üzərində uzanmağı sevir?

Tarix: 03-08-2026 10:08     Baxış: 334 A- / A+


Pişiklər niyə beton plitələrin  üzərində uzanmağı sevir?
Bir çox insan pişiklərin isti havada beton plitələrin və ya səki daşlarının üzərində uzandığını müşahidə edib. Bioloqlar bildirirlər ki, bu davranışın arxasında təkcə rahatlıq deyil, bir neçə təbii instinkt dayanır.
Manevr.az xarici mediaya istinadən xəbər verir ki, biologiya professoru Conathan Losos bildirib ki, betonun kobud səthi pişiklərin bədənlərinin çata bilmədikləri hissələrini qaşımasına kömək edir. Bu sürtünmə heyvana xoş hiss bəxş etməklə yanaşı, qoxusunu səthə ötürərək ərazisini işarələməsinə də imkan yaradır.
Ev heyvanlarının davranışı üzrə mütəxəssis Dr. Annie isə qeyd edib ki, pişikləri cəlb edən amillərdən biri də yenilik hissidir. Onun sözlərinə görə, beton bloklar pişik üçün adi mühitdən fərqli və maraqlı obyekt hesab olunur. Mütəxəssis əlavə edib ki, günəş altında qızan beton səthlər də pişiklər üçün xüsusilə cəlbedicidir. Çünki bu heyvanların bədən temperaturu insanlardan yüksəkdir və onların əcdadları daha isti iqlim şəraitinə uyğunlaşıblar.
Alimlərin sözlərinə görə, pişiklərin termoneytral temperatur zonası təxminən 30–38 dərəcə arasındadır. Bu temperaturda onların orqanizmi nə isinmək, nə də soyumaq üçün əlavə enerji sərf edir. Məhz buna görə günəş altında isinmiş beton onlar üçün olduqca rahat istirahət yeri sayılır.
Bioloqlar hesab edirlər ki, bu davranışı daha yaxşı öyrənmək üçün müxtəlif formalı və fərqli materiallardan hazırlanmış səthlər üzərində də müşahidələr aparmaq maraqlı nəticələr verə bilər.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar