Xəbər lenti
Pakistandan Azərbaycana hərbi dəstək
Azərbaycanın Müdafiə naziri Pakistanın ölkəmizdəki səfiri ilə görüşüb. Müdafiə Nazirliyindən verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov səfir Səid Xan Mohmandı qəbul edib.
Görüşdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində də əməkdaşlığın uğurla davam etdiyi qeyd olunub. Görüşdə hərbi əməkdaşlığın hər iki ölkənin maraqlarına cavab verdiyi əsas gətirilərək bu istiqamətdə səylərin daha da artırılmasının zəruriliyi vacib hesab edilib. Hərbi-texniki əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələri yüksək qiymətləndirən tərəflər Pakistandan əldə edilən “Super Muşak” təyyarələrinin Azərbaycanın hərbi pilotlarının döyüş vərdişlərinin təkmilləşdirilməsində mühüm rol oynayacağını qeyd ediblər.
Sonra səfir fəaliyyət müddəti başa çatmış hərbi attaşe polkovnik Syed İmran Əli və bu vəzifəyə yeni təyin olunan polkovnik Nadem Yaqub Çaudrini müdafiə nazirinə təqdim edib.
General-polkovnik Z.Həsənov Azərbaycanda fəaliyyət müddətində ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində göstərdiyi səylərə görə polkovnik Syed İmran Əliyə təşəkkürünü bildirib, ona gələcək işlərində uğurlar arzulayıb.
Yeni hərbi attaşeni Azərbaycanda hərbi-diplomatik missiyasına başlaması münasibətilə təbrik edən nazir ona ölkələrimizin Silahlı Qüvvələri arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyətində uğurlar arzulayıb.istipress
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar