Xəbər lenti
Yeni qanun qəbul olundu – Hökumət bu şəxslərə narkotikanı özü paylayacaq
İran narkotiklə bağlı siyasətini dəyişir.
Manevr.az xəbər verir ki, İran bu addımı narkotik vasitələrdən istifadəyə görə minlərlə edam və saysız-hesabsız ölüm hallarından sonra atmağa qərar verib.
Parlamentdə xırda narkotik qaçaqmalçılarının edamına son qoyulması ilə bağlı yeni qanun qəbul olunub. Araşdırma mərhələsində olan başqa bir plana görə dövlət orqanları narkotik asılılığı olanlara uyuşdurucu vasitələri, xüsusən də tiryəki paylaya bilər.
İran parlamentinin sözçüsü Ədliyyə və hüquq komissiyasının sözçüsü Həsən Novruzi deyib ki, bu addımı atmaqda məqsəd narkotik qaçaqmalçıları ilə narkotiklərdən asılı müştəriləri arasında əlaqəni kəsməkdir və İranın bütün deputatları bu qanun layihəsini dəstəkləyir.
Statistikaya görə, iranlıların 17 faizi narkotikdən asılılıq yaradan maddələrdən istifadəyə meyllidir. Bunun 5 faizi artıq tamamilə asılıdır. O qeyd edib ki, yerdə qalan 12 faiz isə narkotik satanlar və qaçaqmalçılarla əlaqələri tamamilə kəsilməzsə, qurbana çevriləcək.
Məqsədəuyğunluq Şurasında narkotikə tələbatın azaldılması üzərində çalışan işçi qrupun rəhbəri Səid Sefatian qeyd edib ki, İranda dərc edilən statistik məlumatların çoxu tam etibarlı olmasa da, ölkədə 220 mindən 250 minədək narkotik qaçaqmalçısı var. Bu isə ciddi ictimai təhlükə mənbəyidir.
Sefatian bundan başqa bəyan edib ki, hazırda İranda 2.8 milyon narkoman var:
Ancaq qeyri-rəsmi rəqəmlərə görə, İranda narkotik asılılığından əziyyət çəkən şəxslərin sayı 5 milyondan 6 milyona qədərdir.
Yeni qanuna görə, hökumət qurumları yaşı 50-ni keçmiş narkomanlara tiryək paylayacaq.A24.Az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar